Umid n il nticlnir...

Umid n il nticlnir...

by Acnonyx Jubatus
Umid n il nticlnir...

Umid n il nticlnir...

by Acnonyx Jubatus

eBook

$2.00 

Available on Compatible NOOK Devices and the free NOOK Apps.
WANT A NOOK?  Explore Now

Related collections and offers

LEND ME® See Details

Overview

Ümid, nə ilə nəticələnir? Bir düşün. Puç olan arzular, boş xəyallar sənə yalnız əzab verir. Gələcək barədə düşüncələr yaranır. Baş verməmiş, baş verməyəcək işlər barədə düşüncələr. Həvəs göstərirsən, arzuyla yaşayırsan, xəyal qurursan və bir gün o an baş verir. Həqiqət anı. Acı həqiqət sənin qəlbini paramparça edir. Nə edəcəyini bilmirsən. Çarəsiz bir şəkildə qalırsan. Bəs bütün bunlar nəyə lazımdır? Sənə yalnız zərər verən qeyri nəsnəvi mövcudatlar. Həyatın gözəlliyi sanki itir. Sadəcə zülmətdə yox olmaq istəyirsən. Gözlərdən itmək. Yox olmaq. Sanki əvvəldən mövcud deyildin. Ümid, insanı gələcəyə bağlayan düşüncələr. Sən onun, sənin yaşamını rəngarəngləndirdiyini düşünürsən. Amma ümid, o, əlçatmazdır. Arzular, xəyallar həyata nisbətdə yuxu kimidir. Bu vvəli şirin gələn bir yuxu. Oyanmaq vaxtı gəldikdə məyusluq yaradan xatirələr bəxş edən bir yuxu. İstəklər heç vaxt həyata keçəsi deyil. Çünki orada istək var. Sən nə qədər çox istəsən, o qədər də öz istəyinin əksinə getmiş olursan. Çünki bu ikitərəflilikdir. Bu vəziyyəti sən özün yaradırsan. Nikbinlik, hər şeyin yaxşı olacağını düşünmək. Yenə də arzu, ümid. Gələcək yoxdur. Olmayan bir şey barədə düşüncələrə qapılmaq, öz kölgəni tutmaq üçün çaba sərf etməyə bənzəyir. Amma o vəziyyətdə ən azından kölgəni görürsən. Gələcəyinsə heç kölgəsi də yoxdur.

Arzu etmək mənə qalmaz, bilirəm
Yenə də sən kaş yanımda olaydın.
Gül, çiçək ətirli siyah saçınla
Aləm içrə dörd yanımı saraydın.
Gülüşünlə, hər qəmzənlə, nazınla
Məni məndən qoparaydın, alaydın.
Aparaydın bu dünyadan, cahandan
Cənnət bağçasına məni salaydın.
Hərdən əsəbləşib məndən küsdükdə
Küsgün-küsgün üz döndərib duraydın.
Şirin dillə səni ələ alanda
Qaş altından mənə acıq vuraydın.
Hər işimə deyinərək sevgili,
Yenə də sən kaş yanımda olaydın.
Xoş görünür arzularda var olmaq.
Həqiqəti özlüyündən itərək,
Xəyallarda acizliklə qurulmaq.
Qeyri mövcud gələcəyə inanıb,
Sonda isə sınıq bir qəlblə qalmaq.
Var olası olan vardır ki, əlbət.
Arzulardan yalnız qalar əziyyət.
Nə qədər ki, arzu edər zehni hal
O ana dək yaşanar yalnız zillət.


Product Details

BN ID: 2940155972969
Publisher: Acnonyx Jubatus
Publication date: 02/05/2019
Sold by: Smashwords
Format: eBook
File size: 2 MB
Language: Azerbaijani
From the B&N Reads Blog

Customer Reviews